Vüsalın komandası Super Liqa şansını itirdi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” komandası Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off matçına çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Bodrumspor”la qarşılaşıb. görüş rəqibin qələbəsiylə başa çatıb – 2:0.

“Boluspor” bununla da elitaya vəsiqə şansını itirib.

Vüsal İsgəndərli oyuna start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib.