“Sumqayıt”ın rəqibindən yeni transfer

“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, sözügedən klub “Zalaeqerseq”dən müdafiəçi Andras Hustini icarəyə götürüb. Bu barədə Macarıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Sumqayıt” “Fehervar”la ilk oyunu iyulun 25-də Sumqayıtda, cavab görüşünü isə bir həftə sonra Macarıstanda keçirəcək.