Slovakiya ilə oyuna doğru: üstünlük rəqibdədir

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının II turunda Slovakiyanın qonağı olacaq. Görüşə saat 20:00-da start veriləcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi buna qədər bu rəqiblə 10 oyun keçirib. Bu matçların 8-ni slovaklar, 2-ni yığmamız qazanıb. Maraqlı məqam odur ki, komandalar arasındakı görüşlərin hamısı rəsmi matç olub və bərabərlik qeydə alınmayıb.

Milli ümumiyyətlə Slovakiya səfərində cəmi bir qələbə qazanıb və o, 2022-ci ilə təsadüf edib. Məhz Millətlər Liqası oyunu çərçivəsində Azərbaycan yığması Slovakiyada 2:1 hesablı qələbəyə sevinib.

Komandaların ümumilikdə oyunlarındakı qol nisbətləri 21-in 5-ədir.

Slovakiya millisi son 5 oyunda 2 qələbə qazanıb, 2 dəfə uduzub. Azərbaycan yığması da son beş görüşdə eyni statistikaya sahibdir – 2 qələbə, 2 məğlubiyyət.