“Sevilya”dan “Valensiya”ya

“Valensiya” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “yarasalar” “Sevilya”dan Rafa Miri heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu 2025-ci ilin yayına kimi icarə əsasında “Valensiya”nın formasını geyinəcək.

Mir ötən mövsüm “Sevilya” ilə La Liqada 15 oyunda 2 qol vurub.