“Sabah”ın rəqibi böyük hesabla uduzdu

“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Hayfa “Makkabi”si yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda İsrailin Olimpiya millisi ilə üz-üzə gəlib. Görüş “Makkabi”nin məğlubiyyəti ilə başa çatıb – 1:5.

“Sabah” İsrail komandası ilə ilk oyunu iyulun 25-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.