“Sabah”dan ayrılan futbolçu bölgə klubuna keçə bilər

“Sabah”la müqaviləsi başa çatan İdris İnqilablı karyerasını I Liqada davam etdirə bilər.

FutbolPress“in əldə etdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi “İmişli”yə keçə bilər. Bölgə təmsilçisi azad agent olan İdrisi heyətinə qatmağa yaxındır.

“Qəbələ”nin yetirməsi olan futbolçu daha əvvəl “Kəpəz” və “Sabah”da forma geyinib. O, ötən mövsümü “futuristlər”in əvəzedici komandasında keçirib.