“Səbail”dən yeni transfer

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “dənizçilər” ukraynalı müdafiəçi Dmitri Litvinlə 1 illik razılığa gəlib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Peşəkar karyerasına ölkəsinin “Metallist” (Xarkov) klubunda başlayan 27 yaşlı oyunçu sonuncu dəfə Portuqaliya təmsilçisi “Luzitaniya”da çıxış edib.