“Səbail” üçün yeni əməkdaş

Bu gün “ASCO Arena”da “Səbail Peşəkar Futbol Klubu” ilə “Məlhəm Beynəlxalq Hospital” arasında əməkdaşlıq müqaviləsinin imzalanması tədbiri keçirilib.
Futbolpress.az xəbər verir ki, Klubun və hospitalın əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə müqaviləni “Səbail”in icraçı direktoru Firuz Qarayev və “Məlhəm Beynəlxalq Hospital”ın icraçı direktoru Sevda Əlizadə imzalayıb.
Müqavilənin müddəalarına əsasən, “Məlhəm Beynəlxalq Hospital” 2024/2025-ci illər ərzində “Səbail”ə tibbi xidmət göstərəcək.