Ronaldo: “Bu, son Avropa çempionatımdır”

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo açıqlama verib.

Futbolpress.az xəbər verir ki, hücumçu Avro-2024-də Sloveniyanı penaltilər seriyasında məğlub etdikləri 1/8 final oyunundan sonra bunları deyib:

“Bu, mənim son Avropa çempionatımdır. Lakin narahat deyiləm, daha istəkli və arzuluyam. Azarkeşlər adına pis oldum. Bu forma üçün hər zaman ən yaxşısını etməyə çalışacam. Məsuliyyəti üzərimizə götürməliyik”.

Ronaldo Sloveniya ilə oyunda penaltidən yararlana bilməyib. O, epizoddan sonra göz yaşını saxlaya bilməyib.