Ramil Şeydayev “Kocaelispor”un hazırlığına niyə qatılmayıb?

Türkiyənin “Kocaelispor” klubu yeni mövsümün hazırlıqlarına başlayıb.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı hücumçu Ramil Şeydayev komandanın məşqində iştirak etməyib. O, icazəli olduğu üçün düşərgəyə qatılmayıb.

Şeydayev bu ilin yanvarından Türkiyə klubunda çıxış edir. O, I Liqada 15 oyunda 1 qolla yadda qalıb.