“Qarabağ”ın rəqibindən əzmkar qələbə

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Olimpiakos” Yunanıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Pirey təmsilçisi azarkeşləri önündə “Aris”lə qarşılaşıb. Matç “Olimpiakos”un qələbəsiylə başa çatıb – 2:1.

“Olimpiakos” 18 turdan sonra 40 xalla liderdir.

“Qarabağ” bu komanda ilə yanvarın 30-da səfərdə qarşılaşacaq.