“Qalatasaray” heyətini yeni hücumçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi son mövsümü “Fənərbağça”da keçirən Mişi Batşuayini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvardla 3 illik müqavilə imzalanıb.
Batşuayi ötən mövsüm “Fənərbağça”da 43 oyunda 24 qol vurub.