Premyer Liqaya qayıda bilər

“Lion”un yarımmüdafiəçisi Nemanya Matiç İngiltərə Premyer Liqasına qayıda bilər .

Futbolpress.az xəbər verir ki, “İpsviç” serbiyalı ilə müqavilə imzalamaqda ciddi maraq göstərir. “Komo”, “Napoli” və “Fiorentina” da futbolçunu almaq üçün mübarizə aparır.

Xatırladaq ki, Matiç İngiltərədə “Çelsi” və “Mançester Yunayted”də çıxış edib.