Pepe La Liqaya qayıda bilər

“Real”ın sabiq futbolçusu Pepe karyerasını yenidən İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Selta” 41 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Superdeporte” portalı məlumat yayıb. Azad agent olan oyunçu La Liqaya dönməyə müsbət yanaşır.

Portuqaliya yığması ilə Avro-2024-ün iştirakçısı olan Pepenin son ünvanı “Portu” olub.

Pepe 2007-2017-ci illərdə “Real”da forma geyinib.