Penaltilər seriyasının qəhrəmanı: “Karyeramın ən yaxşı matçı ola bilər”

Portuqaliya millisinin qapıçısı Dioqu Koşta Avro-2024-ün 1/8 final mərhələsində Sloveniyaya qalib gəldikləri görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, penaltilər seriyasında üç seyv edərək komandasının qələbəsində böyük pay sahibi olan qolkiper bunları deyib:

“Şeşkonun zərbəsini dəf etdikdən sonra əlavə vaxtın olacağını bildim. Onunla üz-üzə qalanda bədən dili ilə hərəkətlərini əvvəldən oxudum və komandaya kömək etdim.

Karyeramın ən yaxşı matçı ola bilər. İnstinktlərimə güvənirdim. Penaltilər seriyasına əvvəldən də hazır idik. Lakin oyunçular bəzən dəyişir, fərqli zərbələr vurur. Komandama kömək edə bildiyim üçün şadam. Sona qədər inandıq və nəticə üçün xoşbəxtik”.

Portuqaliya 1/4 finalda Fransa ilə qarşılaşacaq.