“Milan” Emersonun transferini tamamlamaq üzrədir

“Milan” “Tottenhem”in futbolçusu Emerson Royalı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Qırmızı qaralar” londonlularla danışıqların son mərhələsindədir və problem çıxmazsa, Emerson yeni mövsümdən A Seriyasında top qovacaq.

“Milan” 25 yaşlı cinah müdafiəçisi üçün 15 milyon avro ödəməyə hazırdır.

Emerson “Tottenhem”lə 101 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.