“Mançester Siti” futbolçusunu satdı

“Mançester Siti”nin futbolçusu Serxio Qomes karyerasını İspaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Real Sosyedad”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniya təmsilçisi cinah oyunçusu ilə 6 illik müqavilə imzalayıb.

Qomes ötən mövsümü “Anderlext”də keçirib. Onun “transfermarkt”da dəyəri 10 milyon avrodur.