“Liverpul” qapıçı Adrianın klubu tərk etdiyini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “qırmızılar”ın mətbuat xidməti məlumat yayıb. 37 yaşlı qolkiperin müddəti başa çatan müqaviləsi uzadılmayıb.
Adrian 2019-cu ildən “Liverpul”da çıxış edirdi. O, 2023/24 mövsümündə rəsmi oyuna çıxmayıb. İspan qolkiper sonuncu dəfə 2022-ci ildə iyulun 30-da “Mançester Siti”yə qarşı İngiltərə Superkuboku matçında meydana çıxmışdı.