“Lion”dan 23 milyon avroluq transfer

“Lion” ötən mövsümü icarə əsasında komandada keçirən Orel Manqalanın transfer hüquqlarını alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransa təmsilçisi 26 yaşlı yarımmüdafiəçi üçün klubu “Nottingem Forest”ə 23 milyon avro ödəyəcək.

Manqala ilə 4 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi ötən mövsüm “Lion”da 12 oyinda 2 qol vurub.