Kek: “Məğlub olanda sevinə bilmirsiniz”

Sloveniya millisinin baş məşqçisi Matyaz Kek Avro-2024-də Portuqaliyaya uduzduqları 1/8 final oyununu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis penaltilər seriyasında məğlub olduqları matçla bağlı bunları deyib:

“Məğlub olanda sevinə bilmirsiniz. Məyusuq, amma bir tərəfdən də xoşbəxtik. Ümid edirəm, bu turnir Sloveniya futbolunun gələcəyi üçün başlanğıc olar. Portuqaliyanı təbrik edirəm. Penaltilər seriyasında necə oynamalı olduqlarını bilirlər”.