Kazemiro Almaniya klubuna “yox” dedi

“Mançester Yunayted”in futbolçusu Kazemiro “Bavariya”dan təklif alıb.

Futbolpress.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi münhenlilərə “yox” deyib. Bu barədə “Trivela” portalı məlumat yayıb. “Bavariya”nın təklifi Kazemironu qane etməyib.

32 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada 25 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.