Ukraynalı futbolçu Aleksey Kaşuk “Şaxtyor”dan ayrılacaq.
Futbolpress.az xəbər verir ki, 23 yaşlı vingerin müddəti bitən müqaviləsi uzadılmayacaq.
Kaşuk iyulun 1-dən azad agent olacaq. Cinah oyunçusu son mövsümdə “Şaxtyor”da 12 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.
Kaşuk 2022-2023-cü illərdə “Sabah”ın formasını geyinib. Futbolçunun adı zaman-zaman “Qarabağ”, “Neftçi” və “Sabah”la hallanıb.