“Kəpəz” braziliyalı ilə müqavilə imzaladı

“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.

Futbolpress.az xəbər verir ki, Keverton Resende Markolino “Kəpəz”in şərəfini qoruyacaq.

23 yaşlı oyunçu ampluaca yarımmüdafiəçidir. Onunla “1+1” illik müqavilə imzalanıb. Braziliyalı son olaraq vətənində “Hersilio Luz” klubunda çıxış edib.