“İmişli”də yeni məşqçi

“İmişli”nin yeni köməkçi məşqçisi vəzifəsinə Zeynal Hüseynov təyin edilib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
UEFA – B lisenziyalı Hüseynov  “Zirə”nin U-17 komandasında, MOİK-də köməkçi məşqçi və “Fenerbahçe Spor Okulları”nda baş məşqçi kimi çalışıb.
“İmişli” yeni mövsümdə I Liqada mübarizə aparacaq.