İki qol vurdu, ən yaxşı futbolçu seçildi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin “Bavariya” ilə “Real” arasında baş tutan ilk oyununun ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, Madrid təmsilçisinin hücumçusu Vinisius Juniordur.

Braziliyalı futbolçu görüşdə iki qol vurub.

“Bavariya” – “Real” oyunu 2:2 hesabıyla başa çatıb. Cavab görüşü mayın 8-də olacaq.