Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” komandası Türkiyə Super Liqasına vəsiqə uğrunda pley-off matçına çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Çorum”la qarşılaşıb. Oyun “Kocaelispor”un məğlubiyyəti ilə başa çatıb – 1:2.
Şeydayev oyuna start heyətdə başlayıb və sona qədər oynayıb.
“Çorum”a uduzan “Kocaelispor” Super Liqaya vəsiqə şansını itirib.