“Bavariya” gələn yay Tomas Müller və Manuel Noyerlə yollarını ayıracaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Münhen klubu müqavilələri 2025-ci ildə bitəcək iki oyunçu ilə də sözləşməni artırmayacaq.
“Bavariya” klubda maliyyə məsələlərini nizama salmağı planlaşdırır. Müller və Noyer birlikdə 20 milyon avroya yaxın maaş alır.
Müller 2009, Noyer isə 2011-ci ildən Münhen təmsilçisinin formasını geyinir.