İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi ötən mövsümü komandada keçirən Vitinyanın transfer hüquqlarını alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Cenoa” portuqaliyalı hücumçu üçün “Marsel”ə 16+4 milyon avro ödəyəcək.
Vitinya yanvardan A Seriyası klubunun formasını geyinirdi. O, çempionatda 9 oyunda 2 qol vurub.