“Bavariya” “Bayer”in müdafiəçisi Conatan Ta ilə razılığa gəlib.
Futbolpress.az yerli mətbuata istinadən xəbər verir ki, tərəflər 2029-ci ilə qədər müqavilə imzalayacaq.
“Bayer” də bu keçidə mane olmayacaq.
Almaniyalı futbolçu bu mövsü 42 matçda 6 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Bayer” bu mövsüm Almaniya çempionu olub.