I Liqa klubu baş məşqçisi ilə “davam” dedi

“Qaradağ Lökbatan”da baş məşqçi Azər Həşimovla müqavilə uzadılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis 2024/25 mövsümündə də komandaya rəhbərlik edəcək.

“Qaradağ Lökbatan” ötən mövsümü 27 turdan sonra 54 xalla ikinci sırada bitirib.