“Everton”un futbolçusu Carred Brentueyt karyerasını “Mançester Yunayted”də davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, 21 yaşlı müdafiəçi “qırmızı şeytanlar”a keçməyə razılıq verib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Brentueyt MY-nin həftəlik 160 min funt-sterlinq maaş təklifinə “hə” deyib.
“Everton” transferdən 70 milyon funt-sterlinq qazanacaq.
Carred ötən mövsüm 41 oyunda 3 qol vurub.