Gürcüstanlı hücumçu “Monako” yolunda

“Mets”in və Gürcüstan millisinin futbolçusu George Mikautadze karyerasını “Monako”da davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. “Monako” 23 yaşlı hücumçu ilə şəxsi razılığa gəlib.

“Mets” forvard üçün 25 milyon avro tələb edib. Klublar arasında danışıqlar davam edir.