“Fənərbağça”da ciddi itki

“Fənərbağça” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi İrfan Can Kahveci sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sol alt əzələsində ikinci dərəcəli yırtıq aşkarlanan İrfan azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Fənərbağça” Super Liqada 35 turdan sonra 90 xalla ikinci sıradadır və lider “Qalatasaray”dan 6 xal geri qalır.