Edersondan unikal göstərici

“Mançester Siti”nin qapıçısı Ederson Premyer Liqada “Nyukasl”la matçın (4:0) 19-cu dəqiqəsində hücumçu Ömər Marmuşun qoluna assistentlik edib.

Futbolpress.az xəbər verir ki, Ederson İngiltərə çempionatında 6 qol ötürməsi ilə Premyer Liqa rekordunu təzələyərək, keçmiş “Tottenhem”in qapıçısı Pol Robinsonu geridə qoyub.

Ederson eyni zamanda Premyer Liqa tarixində bir mövsümdə 3 qol ötürməsi edən ilk qapıçı oldu.