Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Bandırmaspor” bu gün Türkiyə I Liqasında növbəti matçını keçirib.
Futbolpress.az xəbər verir ki, çempionatın XIX turu çərçivəsində səfərdə “Pendikspor” ilə qarşılaşan komanda 1:1 hesablı bərabərliklə razılaşıb.
Matça start heyətində başlayan Coşqun sona qədər meydanda olub.
Qeyd edək ki, 19 turdan sonra aktivində 34 xal olan “Bandırmaspor” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.