Bombardirin sərbəstqalma məbləği bilindi

“Ştutqart”ın hücumçusu Seru Girassinin sərbəstqalma məbləği məlum olub.

Futbolpress.az xəbər verir ki, forvardı istəyən klublar 17,5 milyon avro ödəməklə oyunçunun transfer hüquqlarına sahib ola bilərlər. Bu barədə italyan jurnalist Nikolo Skira məlumat yayıb.

Girassi bu mövsüm “Ştutqart”la 29 oyunda 28 qol vurub. O, komandanın bombardiridir.

Hücumçunun adı “Bavariya”, “Mançester Yunayted” kimi klublarla hallanır. Onun “Ştutqart”la müqaviləsi 2026-cı ilin yayına kimidir.