Bundesliqada mövsümün rəmzi komandası bilindi

Almaniya Bundesliqasında 2023/2024 mövsümünün rəmzi komandası açıqlanıb.

Futbolpress.az xəbər verir ki, heyətdə çempion “Bayer”dən altı futbolçu yer alıb:

Qapıçı: Qreqor Kobel (“Borussiya” Dortmund)

Müdafiəçilər: Jeremi Frimponq, Conatan Ta, Alexandro Qrimaldo (hər üçü “Bayer”), Valdemar Anton

Yarımmüdafiəçilər: Camal Musiala (“Bavariya”), Qranit Caka, Florian Virts (hər ikisi “Bayer”)

Hücumçular: Seru Girassi (“Ştutqart”), Harri Keyn (“Bavariya”), Viktor Bonifeys (“Bayer”).