“Çelsi”də baş məşqçi postuna üç namizəd

“Çelsi”də baş məşqçi Maurisio Poçettinonun komandadan ayrılmasından sonra bu posta namizədlər bəlli olub.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Zadəganlar”da Tomas Frank (“Brentford”), Kiran Makkenna (“İpsviç”) və Sebastyan Heness (“Ştutqart”) variantları nəzərdən keçirilir. London klubu qısa zamanda yeni baş məşqçinin təyinatını reallaşdırmaq arzusundadır.

London klubu Premyer Liqada 2023/2024 mövsümünü 6-cı sırada bitirib.