Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Çorum”la qarşılaşıb. Matç Bolu təmsilçisinin qələbəsiylə başa çatıb – 2:0.
Vüsal bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb. İsgəndərli “Boluspor”da son 6 oyunun cəmi 1-də 1 dəqiqə şans qazanıb. Futbolçu son iki matçda isə şans qazanmayıb.
“Boluspor” 9 turdan sonra 12 xalla 14-cü sıradadır.