Bölgə klubunda yeni müqavilə

“Zaqatala”da futbolçu Roini İsmayılovla müqavilə uzadılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçinin sözləşməsi bir il müddətinə artırılıb.

İsmayılov 2015-ci ildən “Zaqatala”da çıxış edir.