“Bavariya” İngiltərə klubundan oyunçu transfer etdi

“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi “Kristal Pelas”dan Mikal Olisi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı cinah oyunçusu ilə 5 illik müqavilə imzalanıb.

Olis ötən mövsüm “Kristal Pelas”la 19 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.