“Barselona”nın prezidenti Xoan Laporta “Atletik”dən Niko Uilyamsı transfer etmək istədiklərini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, funksioner ispan vingerin oyununu bəyəndiyini deyib:
“Uilyamsı çox bəyənirəm. Maliyyə baxımından da reallaşdıra biləcəyimiz transferdir. Müəyyən işlər görməliyik. Bu transferi həll edə bilərik”.
Uilyamsın “Atletik”lə müqaviləsi 2027-ci ilin yayına kimidir. 21 yaşlı oyunçunun transfer dəyəri 60 milyon avrodur.
Niko ötən mövsüm 37 oyunda 8 qol vurub, 16 məhsuldar ötürmə edib.