Azərbaycan komandası ÇL-ə qələbə ilə başladı

Futzal üzrə UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümündə “Araz-Naxçıvan” ilkin mərhələdə mübarizəyə başlayıb.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə üz-üzə gəlib. Görüş “Araz-Naxçıvan”ın qələbəsiylə başa çatıb – 7:1.

Azərbaycan təmsilçisi sabah Estoniya çempionu “Sillamae Silla” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.