Avro-2024-də 3 qol vurdu, 20 milyon avroya transfer oldu

“Mets”in ücumçusu George Mikautadze karyerasını “Monako”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, forvard bu gün Fransa təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Monako” gürcüstanlı ftubolçu üçün “Mets”ə 20 milyon avro və 4 milyon avro bonus ödəyəcək.

Forvard Gürcüstan yığması ilə Avro-2024-dəki performansı ilə diqqəti üzərinə çəkib. O, 4 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.