Futzal üzrə “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün ikinci oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşıb. Görüş “Araz-Naxçıvan”ın qələbəsiylə başa çatıb – 7:0.
Komanda ilk matçda İrlandiyanın “Sparta Belfast” klubunu 7:1 hesabıyla məğlub etmişdi.
“Araz-Naxçıvan” qrupda son oyununu İsveçin “Uddevalla” komandasına qarşı keçirəcək. Qeyd edək ki, əsas mərhələyə ancaq qrup lideri vəsiqə qazanır.