“Napoli”nin baş məşqçisi Antonio Konte “Mançester Yunyated”in futbolçusu Alexandro Qarnaçonu heyətinə cəlb etmək istəyir.
Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis Xviça Kvaratsxeliyanın PSJ-yə mümkün keçidini nəzərə alaraq, həmin mövqeyi argentinalı futbolçu ilə doldurmaq niyyətindədir.
Mənbənin məlumatına görə, İtaliya klubu hazırda “qırmızı şeytanlar”la əlaqə saxlamaq üzərində işləyir.
İngiltərə təmsilçisinin Qarnaço üçün 50 milyon avro tələb etdiyi qeyd olunur.