Ronaldo: “Ona hörmət etməliyik”

“Əl Nəsr”in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo açıqlama verib.

Futbolpress.az xəbər verir ki, 39 yaşlı hücumçu bu mövsüm karyerasını bitirən Pepe və Toni Kroos haqda danışıb:

“Kroos karyerasını bitirmək istədi və belə qərar verdi. Ona hörmət etməliyik. Daha bir neçə il oynaya bilərdi, amma qərarını verdi. Pepe? O, meydanda lider və meydandan kənarda əla oğlan idi”.

Ronaldo Pepe və Kroosla “Real”da birlikdə oynayıb.