Azərbaycanlı futbolçunun klubunda baş məşqçi ayrılığı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor”da baş məşqçi Serhat Gülpınar ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Boluspor” bu mövsüm I Liqada 4 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə uduzub. Vüsal bu görüşlərin 3-də ümumilikdə 99 dəqiqə şans qazanıb.