Türkiyəli mütəxəssis Santuşun milliyə təyinatından danışdı: “Başa düşə bilmirəm”

Türkiyəli məşqçi Rıza Çalımbay açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Azərbaycan yığmasına portuqaliyalı məşqçi Fernandu Santuşun təyinatı haqda bunları deyib:

“Mən Azərbaycanı başa düşə bilmirəm. Azərbaycan Milli komandası türk komandası sayılır. Türkiyədə xeyli baş məşqçi var. Adamlar gedib milli komandaya “Beşiktaş”ın qovduğu Fernandu Santuşu gətirdilər. O qədər yaxın olmağımıza baxmayaraq adamlar türkü gətirmirlər”.

Mütəxəssis daha əvvəl “Beşiktaş”, “Sivasspor” kimi klublara rəhbərlik edib.