“Yamal dünyaya gələndə ulduz olacağını bilirdim”

“Barselona”nın futbolçusu Lamin Yamalın atası Munir Nasraui açıqlama verib.

Futbolpress.az xəbər verir ki, son dönəmlərdə diqqət mərkəzinə düşən oğlu haqda bunları deyib:

“Oğlum dünyaya gələndə onun ulduz olacağını bilirdim. Bu, hər atanın arzusudur. Yamal Avropa çempionu olmaq istəyir. O, hər şeyin ən yaxşısına layiqdir. Yamal Allahdan xeyir-dua alıb və bu, çox vacibdir. Onu təqdim etmək lazımdır.